Qismət
Tanrı nəzərini səndən kəsdisə, Qapının ağzından girməz içəri, Çörəyin qayıdar, duzun qayıdar. Dənlikdən dənini sovurar külək, Qismətin qayıdar, ruzun qayıdar. Buz vurar, qar döyər, ocaq yandırar, Evinə əliboş gələn kişinin, Əli ətəyindən uzun qayıdar.
2001, 6 avqust