Əsas məzmuna keç

Heca şeiri

Qismət

Zəlimxan Yaqub

2

Göyün bəxtinə ulduz, Yerin bəxtinə çiçək, Çiçəyin qismətinə Şeh pay olub, nəm düşüb.

Min gözəlin içində, Qəribin qismətinə Gəlib Şahsənəm düşüb. Leyli Məcnuna qismət, Əsliyə Kərəm düşüb.

Hər kəs öz qismətinə, Bir yerdən açıb qapı, Nə zaman ki əlinə, Fürsət keçib, çəm düşüb.

Tanrı, sənə çox şükür, Bu həyatı duymağa, Bu həyatdan yazmağa, Nə yaxşı qismətimə Dəftərlə qələm düşüb.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.