Əsas məzmuna keç

Qoşma

Qırmızı

Aşıq Ələsgər

1

Yanağı qırmızı, buxağı ağdı, Çıraqban eyləyib ağı qırmızı. Ala gözlərinə gözüm sataşdı, Əridi ürəymin yağı qırmızı.

Qüdrətdən çəkilib qaməti-şahbaz, Mərnus dizlik geyib, çəpkəni ətlaz, Buxaq düymələnib kağızdan bəyaz, Mərcan düzüb boyunbağı qırmızı.

Sərrafam gövhəri, kanı itirdim, Hesabı, dəftəri, sanı itirdim, Üzün gördüm, din-imanı itirdim, Çəkdi sinəm üstə dağı qırmızı.

Ələsgərin meyli ondan üzülməz, Əgər ayrı düşsə, şad olub gülməz. Xəstə düşər ölməsə də, dirilməz, Müxtəsəri, sözün sağı, qırmızı.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.