Qırğız qızı
Kımız verdi mənə qırğız gözəli, Qəlbin yanır, al, doyunca iç dedi. Çöl istidi, yurd sərindi, yer rahat, Gün vurmasın, kölgəliyə keç dedi.
Gül yanında çox boylanma güllərə, Aşiqim ol, sal eşqimi dillərə. Köç-köç olub nə düşmüsən çöllərə, Can mənimdi, ürəyimə köç dedi.
Bu yurd mənim dürrüm, ləlim, mərcanım, Burda yanan ocaq canım, pir canım. Qurbanlığa bir başım var, bir canım, Buyur, indi sevdiyini seç dedi.
Bişkək, 2009, iyul