Qılınc ağzı kimi
Mənim taleyimi yazanda Tanrı, “Hər gün alış”, “hər gün yan” yazıb. Daş üstə yazılan şeirə baxıram, Mənim damarımdan axan qan yazıb.
Şair taleyində min dərdi-sər var, Dilində, sözündə güc var, kəsər var, Ömrümə yazılan neçə əsər var, Onu haqdan gələn xoş bir an yazıb.
Nə pərdə unudar, nə mizrab, nə sim, Yaddaşa yar olmaq bəsimdir, bəsim. Min illər sonra da gələcək səsim, Desələr bu şeiri Zəlimxan yazıb.
Yalta, 2010, 12 iyun