Qıldı dəf’i-qəm dili-üşşaqdən zövqi-bahar
Qıldı dəf’i-qəm dili-üşşaqdən zövqi-bahar, Ah kim, göstərdi eşq əhlinə dövran hicri-yar.
Sakini-xümxanə peyda qıldı şövqi-seyri-bağ, Gəldi ol dəm kim, qıla biçarələr tərki-diyar.
Saldı göz girdabına nəzzarəyi-gül mövci-xun, Qıldı dil ayinəsin pürjəng əksi-səbzəzar.
Qönçətək çak oldu ceybi-sirri-ərbabi-ifaf, Aldı meyli-seyri-gülzar əhli-təmkindən vüqar.
Dutdu cami-laləgun ərbabi-işrət gül görüb, Qan içirdi xəlqə neyrəng ilə çərxi-hiyləkar.
Dustlər, əyyami-gül olsaydı həngami-sürur, Rə’di-nalan dəmbədəm qılmazdı əbri-əşkbar.
Fəsli-gül təb’ində əmniyyətdən olsaydı əsər, Qərqi-xuni-laləzar olmazdı tiği-kuhisar.
Sineyi-səhrayə tiği-seyldən düşməzdi çak, Növərusi-qönçənin damanını dutmazdı xar.
Jalə daşından göyərməzdi təni gülbünlərin, Gülşəni zəncirə qılmazdı müqəyyəd cuyibar.
Bu əlamətlərdən agah olmayandır bixəbər, Bixəbərdir ol ki, eyş eylər bu mövsim ixtiyar.
Nola gər heyrət qılıb susən zəbanı olsa lal, Nola gər həsrət çəkib ağlarsa bülbül zar-zar,
Ey dili-qafil, degil bihudə təşrifi-rəbi’, Ondadır müzmər kəmali-qüdrəti-Pərvərdigar.
Qaliba təqdirdən sükkani-xəlvətgahi-xak, Rüxsət almışlar kim, edib sirri-hikmət aşikar,
Cümleyi-əzhar xəlvətdə geyib rəngin libas, Eyləyib hər ildə bu dünyayə bir növbət güzar,
Edələr qafillərə təkmili-əsbabi-qürur, Olalar ariflərə mənzuri-eyni-e’tibar.
Tutalar bir dəm qərar, amma yenə dilgir olub, Edələr sərmənzili-mə’hudə dünyadən fərar.
Dari-dünya öylə sərmənzil degildir kim, ola Nazəninlər təb’inə abü həvasi sazikar.
Təngnayi-aləmi-fani degildir ol məqam Kim, ola bünyadı müstəhkəm, əsası üstüvar.
Ey qəza, gər arizuməndi-səbati-dəhr isən, Əmrin et təslimi-xüddami-əmiri-namdar.
Ol fələkrif’ət ki, rə’yindəndir istehkami-mülk, Ol mələksiyrət kim, ondandır rəvaci-ruzigar.
Çeşmi-lütfündən etmiş bəhr təhsili-səxa, Naibi-qüdrətdən almış çərx rəf’i-iqtidar.
Dövr tövri-dilgüşa kilkindən etmiş iktisab, Çərx qədri-mürtəfe’ bəxtindən etmiş müstəar.
Nəqşi-lövhi-e’tibari sərhədi-əhkami-ədl, Surəti-əhkami sirri-hikmətə ayinədar.
Karisazi-mülk Cə’fər bəg, o rövşənrə’y kim, Nüsxeyi-hökmünədir məzmun rizayi-Kirdigar.
Əhli-hökmə ta əbəd əf’ali dəsturül-əməl, Nəzmi-mülkə vəz’i-qanuni əsasi-payidar.
Ey əzəldən məsnədi-rif’ətdə zati-kamilin Kambəxşü kamiranü kambinü kamikar.
Növbəhari-zövqi-vəslindən cüda gülzari-mülk Xarizari-dərddir, zindani-zillü inkisar.
Həq bilür kim, gülşəni-vəslindən ayrı mürği-dil Payibəndi-rişteyi-təşvişdir leylü nəhar.
Olmazam bir ləhzə birə’di-fəğanü bərqi-ah, Qanda kim, seyr eyləsəm giryanü suzan əbrvar.
Aqibət gülzari-şövqündə nihali-möhnətim Abi-çeşmü daği-dildən qıldı zahir bərgü bar.
Müjdeyi-təşrifi-vəslin gəldi çox, əmma nə sud, Suzi-hicrani ziyad eylərdi daği-intizar.
Sərvəra, gülbərgi-rüxsari-lətifin görməgə Müntəzirdir zarü sərgərdan Füzulitək həzar.
Necə müştaq olmasınlar dövləti-didarına, Müğtənəmdir bitəkəllüf hakimi-rif’ətşiar.
Var ümidim kim, bəhar olduqca bəzmarayi-mülk, Görməyə ayineyi-təb’in həvadisdən qubar.
* * *
Lüğət: Dili – tirə – qaranlıq könül, tutqun könül; Üşşaq – aşiqlər; Hicr – ayrılıq; Peyda – zahir, aşkar olmaq; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Xun – qan; Dil – ürək; Əhli – raz – sirr əhli, sirdaş; Cami – xoşgüvar – ləzzətli şərab; Neyrəng – kələk, sehr, əfsun; Çərxi – çənbəri – dairəvi səma; Əbri – neysan – neysan buludu; Əşkbar – göz yaşı tökən, çox ağlayan; Təb – qızdırma; Xuni – qanlı, qan tökən; Laləzar – laləlik, çəmən; Seyl – sel; Növərus – təzə gəlin; Xar – çox möhkəm daş, mərmər daşı; Zəban – dil; Zar – sızıldayan, ağlar, zəif; Müzmər – gizli; Təqdir – olacaq şeyin Allah tərəfindən qabaqcadan müəyyənləşdirilməsi; bəyənmək, qədrini bilmək; Xak – torpaq; Əzhar – çiçəklər; Əsbabi – müstəar – müvəqqəti ləvazimat; Mənzur – nəzər olunan, baxılan; Fərar – qaçmaq; Dari – bəqa – axirət evi; Bünyad – özül, əsas; Dəhr – zaman, dünya, aləm; Bəhr – dəniz; əruz vəznində şeir ölçüsü; İktisab – kəsb etmək, qazanmaq; Qədr – dəyər, qiymət, məziyyət; Əhkam – hökmlər; Kirdigar – Allah; Ali – Əhmədi-Muxtar – Məhəmmədin (s.ə.s.) nəsli; Əməl – arzu; iş; Payidar – davam edən, möhkəm; Məsnəd – məqam, müqəyyəd, dərəcə; Kambəxş – arzu və məqsədə yetirən; Kambin – arzu və məqsədinə nail olan; Zill – kölgə; İnkisar – sınmaq, qırılmaq; Mürğ – quş; Payibənd – ayağı bağlı; Leyl – gecə; Bərq – şimşək; Qanda – harada; Giryan – ağlar; Suzan – yandırıcı; Nihali – növrəsi-gülzari-eşq – eşq bağcasının yeniyetmə fidanı; Abi – rəvan – axar su, çay; Daği – dil – ürək dağı; Bərg – yarpaq; Bar – yük; meyvə; dəfə; rəsmi qəbul; Sud – fayda; Suzi – cigər – ciyər yanğısı; Sərvər – başçı; Rüxsar – yanaq S; Həzar – min; bülbül; Həvadis – hadisələr