Qıldı
Ey, a dostlar, fələk cəbri Başımı mübtəla qıldı. Ayırdı əziz balamdan, Ürəyimi yara qıldı.
Ötdü xoşbəxt-xürrəm vəxtim, Pozuldu qızıldan təxtim, Yeni bitən bir dərəxtim Xəzan badı fəna qıldı.
Şum əcələ olmaz çara, Cəbrindən gəlmişəm zara, Ürəyimə saldı yara, Qərib cismim əda qıldı.
İndi bir dəm qərarım yox, Bu mənzildə durarım yox, Bu sözdən heç xəbərim yox, Xəbərsiz binəva qıldı.
Yanıb pərvanə tək hər dəm, Ürəyimə dolur yüz qəm, Qəddim xəm, gözlərim pürnəm, Bu canıma cəfa qıldı.
Qəmindən odlanıb suzan, Çəkərəm naleyü əfğan, Fərağında gözüm giryan, Mən neyləyim, gəda qıldı.
Məxdumqulu çəkər fəryad, Mənim əhvalıma heyhat! Fələyin əlindən min dad, Mənim bəxtim qara qıldı.