Əsas məzmuna keç

Təcnis

Qıjhaqıj

Aşıq Ələsgər

1

Hər kəsin qəsdindən aşıqlıq keçir, Qarşı gəlsin, edək cəngi qıjhaqıj. Dəli könül dərya təki çalxanır, Qeyzə gəlir xoş ahəngi qıjhaqıj.

Hər kəs istər qana aşıq sirrini, Axtarsın dayazı, gəzsin dərini. Qilü-qala salan olsa sərini, Siyah çalar qızıl rəngi qıjhaqıj.

Ələsgərin qəddi Sinaya yetər, Dərs alanlar gedər sinayə yetər, Əzrayıl qəsd eylər, sinaya yetər, Can alar dəstində cəngi qıjhaqıj.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.