Əsas məzmuna keç

Heca şeiri

Qıfılbənd

Zəlimxan Yaqub

1

Niyə danışmırsan, açıla eyni, Həyat könül verə bir şirin səsə. Tufanlar kiriyə, dalğalar yata, Şimşək nəriltini biryolluq kəsə.

Niyə danışmırsan, dünya çayları Bizim düşdüyümüz axına gələ. Günəş gözlərimdə gülüşə dönə, Ulduzlar bir az da yaxına gələ.

Niyə danışmırsan, səndən ötəri Ay desən, uşaqtək Aya qaçaram. Tək sənin könlünü oxşamaq üçün, Bütün zirvələrə ayaq açaram.

Niyə danışmırsan, məndən ötəri Sözün şəkər ola, dilin qənd ola. Aşığa dönsəm də, aça bilməyəm, Qorxuram dodağın qıfılbənd ola.

1976, 5 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.