Əsas məzmuna keç

Qoşma

Qeyri

Məxdumqulu Fəraqi

1

Varmıdır varmağa yerin başqa, xudadan qeyri, Ərmağanın varmıdır ruyi-siyadan qeyri.

Gəzdiyincə çərxin altında cahanda can çəkib, Nə tələb var sənə bu cəbri-cəfadan qeyri.

Həq edib, nahəq qılıb yürsən ürəkdən qan töküb, Hasilin nədir sənin cürmi-günadan qeyri.

Yeyib-içib, məhbub qucub, yatsan səhər rahət ilə, Taqətin hanı sənin ruyi-riyadan qeyri.

Göz gözəldə, nəfs yeməkdə, dil dəxi qeybət ilə, Şövkətin − şər, başda yox böylə həvadan qeyri.

Əvvəli anlamadım, sonra sözünə getmədim, Bu bəlada kimsə yox mən binəvadan qeyri.

Fikir et Məxdumqulu, faniyə bax, nə görünər, Sonu yox, yalanı çox, fövti-fənadan qeyri.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.