Qəmli fikirlərin bolluğundayam
Əl atıb qaldırar öz gəmisinə, Nuh mənim ömrümü yarıda qoymaz. Mələklər ucaldar mərtəbəsinə, Ruh mənim ömrümü yarıda qoymaz.
Yaş yumaz yanağı, nəm insaf eylər, Zil yormaz səsimi, bəm insaf eylər. Dərd geri çəkilər, qəm insaf eylər, Ah mənim ömrümü yarıda qoymaz.
Uzaq bir səfərin yolluğundayam, Qəmli fikirlərin bolluğundayam. Xalqın da, haqqın da qulluğundayam, Şah mənim ömrümü yarıda qoymaz.
2008, 13 mart