Əsas məzmuna keç

Qoşma

Qələndər ilə

Məxdumqulu Fəraqi

1

Görərəm səfa mən, tanrıya dilkeş, Divaneyi-dəhrəm qələndər ilə. Çəkdiyim nalədir, ürəyim qəmkeş, Xörəyim atəşdir səməndər ilə.

Cəsədim xoşnüma, ciyərim büryan, Ürəyim pürqəmdır, gözlərim giryan, Dilim quş dilidir, surətim insan, Həmzəbanam bütün nəsnələr ilə.

Fələk kin bəsləyər, əyyam and etmiş, Dövlətim boynuna qıl kəmənd atmış, İqbalım, işığım, bəxtim bənd etmiş, Dışın dəmir, için simuzər ilə.

Hacətim ver, ya haqq, eylə tədbirim, Məqsədim şanına toxuna tirim, Dərməndə qalmışam, eylə dəstgirim Xıdır ata, İsa peyğəmbər ilə.

Məxdumqulu deyər, yer üzün üzsən, Axırı ölümdür dünyanı düzsən, Üç yüz əlli altı il aləmi gəzsən, Filkus oğlu şahi-İskəndər ilə.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.