Qəhrinə, küfrinə cümlə dayandım
Qəhrinə, küfrinə cümlə dayandım, Əvvəl iqrar verib dönən gəlməsin. Rəngi, boyasına cümlə boyandım, Bu rənglərə boyanmayan gəlməsin.
Rənginə boyandım, mən camdan içdim, Neçə canlar ilə qondum, qonuşdum, Məhəbbət eylədim, candan sevişdim, Məhəbbəti küfür sayan gəlməsin.
Məhəbbət eylədim, sevdim yarımı, Xərc eylədim əldə olan varımı. Bir əsilzadəylə et bazarını, Etdigi bazardan dönən gəlməsin.
Gerçək imiş sərsəriyə gəlməyən, Ər odur ki, iqrarından dönməyən, Qəlbində, könlündə riya bilməyən, İkilik kömləgin geyən gəlməsin.
Günahkara təriq sitəm qodular, Meydana gələndə qırxlar dedilər, Dostu dostdan seçi verin dedilər, Əfsanə sözlərə uyan gəlməsin.
Şah Xətayi aydır: – Bu doğru yoldır, Doğru yoldır, bu həm eşq məqamıdır, Əksigə qalmayan pirim Əlidir, Qəlbində şübhəsi olan gəlməsin.1
Gəl könül, pirlərin nəsihətini Biz tutalım, tutmayanda nəmiz var? Dost məhəbbətini məhəbbətmizə Biz qatalım, qatmayanda nəmiz var?
Bizə bunu deyən böylə demişlər, Bir loğmayi min can ilə yemişdir, ____________ 1 Bizə elə gəlir ki, bir çox bəndlərdə olduğu kimi, bu bənddə də katiblər təhrifə yol vermişlər. Həmin bəndi aşağıdakı kimi bərpa etmək mümkündür:
Şah Xətayi aydır: – Bu həq yolidir, Doğru yoldir, bu həm eşq mənzilidir, Əksigə qalmayan pirim Əlidir, Qəlbində şübhəsi olan gəlməsin.
Ərəmlər bir doğru yoldur, qomuşdur, Biz gedəlim, getməyəndə nəmiz var?
Yenə haq səndədir sən sənə baxa, Sən sənə baxıb da sən səndən qorxa, İxlas ilə niyazımızı haqqa Biz edəlim, etməyəndə nəmiz var?
Gəl, Xətayi, iqrarımız güdəlim, Biz bizi görəlim, qeyri nedəlim? Yıxıq könülləri mə’mur edəlim, Biz edəlim, etməyəndə nəmiz var?
Lüğət: Qondum – qanuldum – məskən saldım, qonaq olub danışdım; Təriq – yol, cığır; İxlas – sevgi, səmimiyyət; Mur – qarışqa