Əsas məzmuna keç

Heca şeiri

Qəbir üstə qalan torpaq

Zəlimxan Yaqub

1

Qəbir üstə səpələnən torpağa Gül əkilir, bar ağacı əkilmir. Bu da elə ömür-gündü, yaşamdı, Ya küknardı, ya qovaqdı, ya şamdı, Qəbir üstə topalanan torpağa Təbiətin hər ağacı əkilmir.

Hər zərrəsi göz yaşıyla sulanır, Burda torpaq axar suyla sulanmır. Gecə-gündüz bu torpağın başına Qəm dolanır, sevinc, şadlıq dolanmır.

Qəbir üstə qalan torpaq od tutar, Toza dönər, xırdalanar, qumlanar. Anaların gözləriylə öpülər, Anaların dizləriylə şumlanar.

Qəbir üstə qalan torpaq göz dağı, Qəbiristanlıq qəm yurdu, dərd ölkəsi. Bir əbədi heykəlidi həsrətin, Başı üstə başdaşımın kölgəsi!

2000, 20 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.