Qəbir daşında yazı
Mehdioğulların faciəsi
Nə ağır faciə, nə çətin işdi, Mən necə daşıyım bu dərdi, Allah. Üç zülm, üç ölüm birdən yetişdi, Torpaq nə tez yedi üç mərdi, Allah.
Evlər hazırlandı toya-nişana, Toya gəlməlilər, vaya gəldilər. Bir elin ürəyi döndü al-qana, Ürək parçalayan haya gəldilər.
Bir kənd ağlamaqdan qırıldı, batdı, Rəhm qıl, İlahi, millət dardadı. Tanrım, bu nə toydu, bu nə büsatdı, Cüt oğul, bir ata bir məzardadı.
Kəpənəkçi, 2010, 24 yanvar