Qaynar qazan
Daşı, qumu çox doldurma qəbrimə, Eh, onsuz da goreşənlər eşəcək. Yığılacaq sürünənlər, uçanlar, İlan-çayan gözlərimi deşəcək, Kef edəcək qarışqalar, böcəklər, Məni yeyib kökələcək, şişəcək. İnsan candı, dünya qaynar qazandı, Hamı bir-bir o qazanda bişəcək!
2009, 17 fevral