Qayıtdım
Ruhum silkələndi vətən deyəndə, Ağrılar çəksə də dara, qayıtdım. Min ağrı bir dostun telinə dəyməz, Dosta, sevgiliyə, yara qayıtdım.
Ömrümdə iz qoydu şaxtalı bir qış, Sinəmin üstündən kotan çəkdi xış. Köhnə yaralarım qaysaqlanmamış, Sinəmdə təzə bir yara, qayıtdım.
Qəfil dağ-dağ oldu dağlar dağımdan, Yellər xəbər yaydı qəmli çağımdan. Mən bütöv getmişdim od-ocağımdan, Döndüm vətənimə, para qayıtdım.
2009