Qaşı yay
Bir dilbərə tuş gəldim, qəmzəsi ox, qaşı yay, Gün heyrandır görkündən, xəcalətdə dolan ay.
Canın versən, caizdir, böylə sifət məhbubə, Heç görmədim onun tək başı doğru, bağrı tay.
Qülqülə düşdü qopuz, həm düşdü cəngi-cəngə, Cəng şövqündən ol nigar nə naləyə düşdü nay.
Nə işrətdir aşiqə cənnət içrə cəmalı, Ayrılığın atəşi damu içrə veylü vay.
Ol dideyi-dildardan olmazsan sən bibəhrə, Qalmazsan sən mənim tək əqlə azu, görkə bay.
İstəsə alimləri şeytan edər ol dilbər, Xələqanna Xəlil tək oğlanına verər pay.
Məxdumqulu müdama dua qılar dərgaha, Sailəm, məhrum etmə dərgahindən, ya xuday!