Əsas məzmuna keç

Qoşma

Qarşıdakı qarlıca dağı gördünmi?

Şah İsmayıl Xətai

1

Qarşıdakı qarlıca dağı gördünmi? Yoldurmuş əyyamın, əriyib gedər.

Axan sulardan sən ibrət aldınmı? Yüzünü yerlərə sürüyüb gedər.

Qadirsən, ey ulu şahım, qadirsən, Hər nerəyə baxsan, onda hazirsən. Üstümüzdə dörd guşəli çadirsən, Cümləmizi birdən bürüyüb gedər.

Sıra-sıra gələn ol ulu quşlar, Sirli olur, yaxmaz onu günəşlər, Əvvəl-əzəl meyvə verən ağaclar, Onlar da qalmayıb çürüyüb gedər.

Dərindir bizim dəryamız, boylanmaz, Min bir kəlam desəm, biri anlanmaz. Kişi iqrarsız yollara yollanmaz, Yolları qoynunda yürüyüb gedər.

Şəh Xətayim söylər sözü özündən, Dərvişlərin sağınıbdır gözündən, Olur-olmaz münkirlərin sözündən, Əsriyib könlümüz, farıyıb gedər.

Lüğət: Yoldurmuş – başa çatdırmış; Əsriyib – qızıb, qızışıb, azıb; Farıyıb – usanıb, zəifləyib

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.