Əsas məzmuna keç

Qoşma

Qarşı

Məxdumqulu Fəraqi

1

Ağız açdım, göz yumdum, Əl atdım tasa qarşı, Tas üstündə yatıbdır Qələndər yasa qarşı.

Saqi durdu, səs etdi, Kim gec qaldı, kim yetdi, Qələndər tasın tutdu, Düşdüm həvəsə qarşı.

Mən bikamal ol yerdə, Eşq içrə düşdüm dərdə, Gül üzə gülgün pərdə, Tutdu palaza qarşı.

Xəbər tutan cahandan, Ayrılar xanimandan, Aşiqlər keçər candan, Tutulsa kasə qarşı.

Bu dünya bir saraydır, Gələn keçib varaydır, Məxdumqulu haray der, Xıdır İlyasa qarşı.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.