Əsas məzmuna keç

Heca şeiri

Qarışqa

Zəlimxan Yaqub

1

Bir dırnaq toxunsa, üzülə bilər, Bir barmaq toxunsa, əzilə bilər. Bir əl qarışdırsa axırı çatar, Yuvası dağılıb, pozula bilər, İşi nə çətindi bu qarışqanın.

Yazda sel ağzında, qışda qar altda, Taleyi həmişə ayaqlar altda. Yemi ömrü boyu çiynində yükdü, Özü xırdaların dərdi böyükdü, Yükü nə ağırdı bu qarışqanın. Öldür, səsi çıxmaz, sədası gəlməz, Tapdala, heç kəsə xatası gəlməz, Ruhu nə fağırdı bu qarışqanın.

2001, 23 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.