Əsas məzmuna keç

Heca şeiri

Qarışıq yuxular

Zəlimxan Yaqub

1

Ağır yatdım, bir qarışıq yuxu gördüm, Bu yuxuda bir vahimə, qorxu gördüm. Sinəm üstə tez-tez dəyən zərbələri – Ürəyimi dəlib-deşən oxu gördüm.

Bulanmışdı göz yaşından duru sular, Axarında lil axıdan arxı gördüm. Çərxi-fələk bu yuxunu tərsə yozsun, Başım üstə tərsə dönən çarxı gördüm.

2009, 1 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.