Qarğama
Cavan bir gəlin qoca bir kişiyə “Allah səni döysün” deyib qarğış elədi, ikiəlli başına qaraladı.
Bu qarğışı nahaq aldın dilinə, Hahaq çıxdın qarğışların zilinə. Ömür keçib əzabların əlinə, İçəridən yeyilmişə qarğama.
Gəlib çatıb matəm vaxtı, yas anı, Yetimlikdən qocalıqtək yas hanı. Görmürsənmi əlindəki əsanı, Yeddi yerdən əyilmişə qarğama.
Tanrı döyüb, Allah döyüb, haqq döyüb, Dövran döyüb, zaman döyüb, vaxt döyüb, Tale döyüb, qismət döyüb, baxt döyüb, İlahidən döyülmüşə qarğama.