Əsas məzmuna keç

Qoşma

Qardaşım

Zəlimxan Yaqub

1

Ələ düşən deyil bu fürsət, bu dəm, Ürəklə, ilhamla oxu, qardaşım. Qoy mənim ömrümdə toy-nişan olsun, Payıma düşənin çoxu, qardaşım.

Səslə “Gəraylı”nı, səslə “Cəngi”ni, Duyum qoşmaların xoş ahəngini. Yığ bütün dünyanın neçə rəngini, Nəğmələr çələngi toxu, qardaşım.

Zəlimxan oynayar sənin nazınla, Tək dindir qəlbimi telli sazınla. Bizi çox oxlayıb, xoş avazınla Oxla, ürəyindən oxu, qardaşım.

1973, 26 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.