Əsas məzmuna keç

Qoşma

Qardaş həsrəti

Zəlimxan Yaqub

1
Ağbabalı Adil üçün

Qardaş, ağır oldu həsrətin mənə, Ürəyim ağrıda, göynəkdə qaldı. Yeriyib, yüyürüb ayaq açmadı, Körpə arzuların bələkdə qaldı.

Yetişəndə ölüm, yeriyəndə çən, Dayandın yenə də gülərüzlü, şən. Doymadın çəmənin təravətindən, Gözün güldə qaldı, çiçəkdə qaldı.

Gecələr gözlərin yuxu yatmadı, Səni çox çağırdım, səs oyatmadı. Bir hava çalmağa vaxtın çatmadı, Sazın həmişəlik köynəkdə qaldı.

1977, 11 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.