Əsas məzmuna keç

Qoşma

Qardaş abdulla

Məxdumqulu Fəraqi

1

Sən gedəndən doqquz ildir ötəni, Harda vətən tutdun, qardaş Abdulla? Heç gəlməzmi bir insanın gedəni, Harda vətən tutdun, qardaş Abdulla?

Dağa ərzim deyib, tutdum xəbərin, Lal olubdur dili, deməz azarın, Ata-anasız nədir sənin qərarın? Harda vətən tutdun, qardaş Abdulla?

Qorxu faydası yox gedəcək cana, Ömür axır oldu, doldu peymana, Yoxsa sən düşübsən dibsiz ümmana? Harda vətən tutdun, qardaş Abdulla?

Üstümüzə hicran odu səpildi, Evimizə kədər-qüssə təpildi, Qan ağlar, atamın beli büküldü, Harda vətən tutdun, qardaş Abdulla?

Eldə-gündə yoxdur mənim qərarım, Dərd üstünə artdı qəmim-azarım, Yad oldu vətənin, evin-güvzarın, Harda vətən tutdun, qardaş Abdulla?

Qulaq verrəm eşitdiyim hər sözə, Cəfa verdin hicran ilə sən bizə, Özümu vururam alova-közə, Harda vətən tutdun, qardaş Abdulla?

Gülüb-oynamadıq sənlə şad olub, Birbaş getdin, tamam bizdən yad olub, Məxdumqulu zar ağlayır, mat olub, Harda vətən tutdun, qardaş Abdulla?

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.