Qara gözlərin
Səbəb oldu yanan cana, Cəlladdır qara gözlərin. Yetirməz nurbat-amana, Cəlladdır qara gözlərin.
Pərim, yalnız-tənha yürmə, Yaman əhlin üzün görmə, Siyah qaşa çəkib sürmə, Afətdir qara gözlərin.
Cəllad gözlər, aman-aman, Dünya üzün qıldın duman, Eşq əhlini edin bican, Rahətdir qara gözlərin.
Məxdumqulu, yar ərmanı, Ağladar bəşər-qılmanı, Müsəlmanın din-imanı, Ümmətdir qara gözlərin.