Əsas məzmuna keç

Gəraylı

Qara daşı göyərdərəm

Zəlimxan Yaqub

1

Qoca bağban, çağır məni, Kotan eylə şum yerinə. Ələ, keçir ələyindən, Daş yerinə, qum yerinə.

Ərişinə arğac olum, Yaylağına yamac olum, Bar gətirən ağac olum, Səpələnim tum yerinə.

Yağış – Əsli, torpaq – Kərəm, Çiçəklənsin dağım-dərəm. Qara daşı göyərdərəm, Səp məni toxum yerinə.

2003, 19 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.