Əsas məzmuna keç

Qoşma

Qanadlar

Zəlimxan Yaqub

1

Baxdıqca insanı qanadlandırır, İncə gözəllərin naz qanadı var. Zərif fikirlərin, kövrək hisslərin, Könüllər güldürən saz qanadı var.

Ömrün bağçasında əssə küləklər, Yerdə qızlar küsər, göydə mələklər. Payızda saralıb solar çiçəklər, Yaşıl arzuların yaz qanadı var.

Qanadsız dünyanı qucmaq çətindir, Gül olub təravət saçmaq çətindir, Özgə qanadıyla uçmaq çətindir, Yaxşı ki, hər kəsin öz qanadı var.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.