Qanad bağışladı küləklər mənə
Mələk dodağında səslər eşitdim, Ruhuma hopdurdum o səsləri mən. Qəlbimə köçürdüm, qanıma yığdım, Bürün sevgiləri, həvəsləri mən.
Şeyximin yolunda olmadım naşı, Tökdüm Yunus kimi gözümdən yaşı. Vaxtında tanıdım Hacı Bəktaşı, Sevdim o sevdiyi nəfəsləri mən.
Qanad bağışladı küləklər mənə, Güc verdi tanrılar, fələklər mənə. “Dağıt!” deməsəydi mələklər mənə, Dağıda bilməzdim qəfəsləri mən.
2005, 25 fevral