Qalsın
Səhər dur, xudaya yalvar, İslam öyü abad qalsın. Pisi qoy, yaxşıya yol ver, Şeytan işi bərbad qalsın.
Yaxşı sözə qulaq salgil, Səhər vaxtı bidar olgil, Yaxşılardan alqış algil, Ömrün artıb, ziyad qalsın.
Adəmzad gözdən qaçınca, Yaddan çıxar mal tapınca, Mində bir rabat yapınca, Haqdan dilə, övlad qalsın.
Pis xatın başa möhnətdir, Dünyanın malı növbətdır, İgidə oğul dövlətdir, Mal qalınca, züryət qalsın.
İgid xoşu at-yaraqdır, Hər işə cürət gərəkdir, Pis oğuldan yaxşıraqdır – Fəraqi, yaxşı ad qalsın.