Əsas məzmuna keç

Qoşma

Qalmazlar

Məxdumqulu Fəraqi

1

Qəm çəkmə, qərib adam, Bəylər-şahlar qalmazlar. Böyük-böyük şəhərlər, Ağ otaqlar qalmazlar.

Qalsa sözdən qızıl dil, Can cövhərdir, tən bir gil, Həzar muğamlı bülbül, Böyük dağlar qalmazlar.

Bunu kəsibdir ağlım, Yıxılar yeddi iqlim, Yer olar büklüm-büklüm, Ərir, dağlar qalmazlar.

Haqdan yetişsə fərman, Nə çarə var, nə dərman, Asiman, gün, ay lərzan, Həm ulduzlar qalmazlar.

Nə yer qalar, nə yurdlar, Nə türk qalar, nə kürdlər, Nə quş qalar, nə qurdlar, Pərrəndələr qalmazlar.

Nə gərd qalar, nə gərdan, Nə mərd qalar, nə mərdan, Fil, zürafə, kərgədan, Dərrəndələr qalmazlar.

Məxdumqulu, yaş sürən, Ağır həngamlar quran, Dalğa-dalğa mövc uran, Ol dəryalar qalmazlar.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.