Qalmaqalı neylərəm
Əhli-haqq olsam, deyərəm: «Özgə halı neylərəm», Bu sovulmaz dərdi, sansız qalmaqalı neylərəm, Əvvəli zövqi-sürur, həsrətli malı neylərəm, Axırı mövti-qübur, bu boş xəyalı neylərəm, Olmuşam mən zövq əhli, əsbab-məlalı neylərəm.
Düşdü eşqin atəşinə, qılca canım yandı, yar, Quru cismim odun edib oda yaxmaqda nə var, Qəmdə könlüm biqərardır, başda dərdim səd həzar, Onun üçün dəhr ara bir köşə qıldım ixtiyar, İxtiyarım yox dürur, cəngi-cidalı neylərəm.
Görnüşün işrətnüma, görkün üçün könlüm güdaz, Qısa − iqbalım əli, dost, daməni-vəslin − diraz, Pür xətər, ol yol iraq, eşqin giran, qüvvətim az, Düşmüşəm bir müşkülə, sənsən bu işə çarəsaz, İltifatın indi qıl, ötən mahalı neylərəm.
Hər zaman, Məxdumqulu, xəlq içrə gəzmə laf edib, Saxla qeybətdən dilin, uğrunda gəz insaf edib, Əl atma çox fəsada, yürü, xudadan xof edib, Sofuluq əsbabı xoşdur, gey içini saf edib, Olsa böv-böcək içi, bu əski şalı neylərəm.