Qalmadı
Zalim fələyin əlindən, Aşiqlərdə ad qalmadı, Qara zəminin felindən Uzaq ömür, zat qalmadı.
Fələk saldı bu təşvişi, Afətdir hər tutan işi, Dağıldı ərlər gənəşi, Ulu cəmaət qalmadı.
Fələk nə gün başa saldı, Ürək yağım, nurum aldı, Elat əhli alim oldu, Bizə nəsihət qalmadı.
Fələk, eyləmə bəhanə, Zülm eylədin gəda, xana, Açıq könül yox mehmana, Pirlərə hörmət qalmadı.
Dağımda bənd qaldı sellər, Getdi huşum, əyri bellər, Məxdumqulu deyər, ellər, İzimdə züryət qalmadı.