Qalır
Dünənlər keçmişdədi, sabahlar gələcəkdə, Olanlar oldu getdi, olacaqlar sirr qalır. Sualların sonu yox, cavabların nöqtəsi, Bir fikrə qovuşursan, başda min fikir qalır. Yaşatdığı ömürdən, yaratdığı həyatdan Kiminə tərif qalır, kiminə təhqir qalır. Dünyanın dünya boyda varından, dövlətindən Hər Allah bəndəsinə sonda bir qəbir qalır.
2002, 23 mart