Əsas məzmuna keç

Qoşma

Qaldı ki, qaldı

Aşıq Ələsgər

1

Durur nişanası Ağrı dağında, Nuhun qiyaməti qaldı ki, qaldı. Yarı tərəqqidi, yarı tənəzzül, Çoxunun qisməti qaldı ki, qaldı.

Özü öz işini bilməyən nadan, İbrət eləməzmi şahdan, gədadan?! Hatəm nə müddətdi gedib dünyadan, Bizə səxavəti qaldı ki, qaldı.

Ələsgər dönmədi öz ilqarınnan, Biri xilaf deyil yüz ilqarınnan, Sazınnan, sözünnən, düz ilqarınnan, Ellərdə söhbəti qaldı ki, qaldı.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.