Qaldı
Adəm oğlu, can şəhrində, Gözlə, izdə xanın qaldı. Qəllac qalıb sən cahanda, Fanidə, bax, donun qaldı.
Gül şəhrinə düşdü talan, Viran oldu köşkün, qalan, Başın açıq, ayaq yalan, Fələk əldə gönün qaldı.
Qara dağlar, mən sirdaşın, Yalnızam de, tökmə yaşın, Götürgil qocalan başın, Sərində dumanın qaldı.
Tor qurublar bircə cana, Düşməgil bavər cahana, Fel tutarsan dünya-kanə, Ol ulu süxənin qaldı.
Neylək, bizdən uzaq getdin, Hansı yerdə məskən tutdun, Miskinlərə cəbr etdin, Kafirsən, imanın qaldı.
Adəm oğlu, degil sözün, Bənddir, açgil iki gözün, Siyah rəngi oldu üzün, Məgər sənin canın qaldı.
Fələk deyər: darül-aman, Əlimdədir gələn zaman, Taxtın viran, ey Süleyman, Ol yürür fərmanın qaldı.
Qəflət içrə yatar oldun, Qəm layına batar oldun,
İndi görgil, ötər oldun, Nə əcəb dövranın qaldı.
Gedər oldun, önün başla, Doldu beytin, gözün yaşla, Məxdumqulu, bağrın daşla, İzində tabanın qaldı.