Əsas məzmuna keç

Gəraylı

Qaldı

Zəlimxan Yaqub

1

Qışı gəldi təbiətin, Daha meydan qara qaldı. Qaralmamış buludmu var, Ağarmamış hara qaldı.

Səhər durub baxdım yerə, Ağ geyindi birdən-birə. Nə yaşıldan bir xatirə, Nə qırmızı, qara qaldı.

Yerin, göyün sərtdir üzü, Şaxta vurdu dağı, düzü. Kim isidər ömrümüzü, Ümid ancaq yara qaldı.

Gileylənmə bu ayazda, Əriyəcək qar da, buz da. Yazla bizim aramızda Üçcə aylıq ara qaldı.

1978, 12 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.