Əsas məzmuna keç

Qoşma

Qaldı

Zəlimxan Yaqub

1

Dağdan ayrılmağım dağ oldu mənə, Gözlərim çatılan qaşında qaldı. Baxışım üzündən heç çəkilmədi, Düşdü qayasında, daşında qaldı.

Əmanət tapşırdım hər addımbaşı, Qartala zirvəni, kəkliyə daşı. Kövrəldim, töküldü gözümün yaşı, Qarışdı, bulağın yaşında qaldı.

Verdim öz ömrümü ötən hər ana, Gah bürküyə düşdüm, gah da borana. İlin köç vədəsi endim arana, Ürəyim dağların başında qaldı.

1976, 26 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.