Əsas məzmuna keç

Qoşma

Qaldı

Zəlimxan Yaqub

1

Ayağım dəyməmiş qoca dağların Nə yamacı qaldı, nə yalı qaldı. İncə çiçəklərin, zərif güllərin Başımda sevdası, xəyalı qaldı.

Bəslədim bağçanı, becərdim bağı, Dərdim qucağına döşənən tağı. Nə qədər duydumsa ana torpağı, Qarşımda min sirli sualı qaldı.

Düşəndə yanına şimşəyin qolu, Gün doğdu, açıldı yaylağın yolu. Min dəfə çəməni döysə də dolu, Yenə də ismətli, həyalı qaldı.

1975, 17 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.