Əsas məzmuna keç

Qoşma

Qaldı

Zəlimxan Yaqub

1

Bizi ayırdılar, ayrı saldılar, Baxışım titrəyən dodaqda qaldı. Axdı qəhərimdən gözümün yaşı, Gözlərim o qoşa bulaqda qaldı.

Bir görüş kimsənin deyildir bəsi, Vaxtsız ayırmasın tale heç kəsi. Ümidi qırılan bir qəlbin səsi Fikirdən çıxmadı, qulaqda qaldı.

Getməz xəyalımdan o vaxt, o vədə, Daha gəlməsə də nə səs, nə sədə. Dolanıb ömrümdən illər keçsə də, Demərəm o günlər uzaqda qaldı.

1974, 3 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.