Qaldı
Mən kimin yadında qaldım, bilmirəm, El mənim yadımda pir kimi qaldı. Çoxu ikiləşdi, çoxu dəyişdi, Bir Allah qəlbimdə bir kimi qaldı.
Verdim öz meylimi saza, aşığa, Bağlandım saz adlı bir yaraşığa. Duyanlar gözümdə döndü işığa, Köntöylər içimdə kir kimi qaldı.
Hamıya çatmadı çaldığım bu saz, Hardandı bu hava, bu səs, bu avaz? Suallar nə çoxdu, havalar nə az, Dünya gözlərimdə sirr kimi qaldı.
2001, 6 iyun