Əsas məzmuna keç

Qoşma

Qaldı

Zəlimxan Yaqub

2

Uddu oğulları qanlı davalar, Analar boylana-boylana qaldı. Şaxta sızıldatdı, ayaz apardı, Yaralar hoylana-hoylana qaldı.

Nə dəftər götürər, nə qələm yazar, Hələ də itkindir nə qədər məzar. O qədər ürəyi üzdü intizar, Bağrımız teylənə-teylənə qaldı.

Zəhər dişlərində, ağı dilində, Yağılar danışdı yağı dilində. Bayatı kökündə, ağı dilində, Dərdimiz söylənə-söylənə qaldı.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.