Əsas məzmuna keç

Heca şeiri

Qaldı

Zəlimxan Yaqub

2

Qarlı bir qış günündə tufan qopdu, nə qopdu, Dağlar uçdu, yerində dərin bir dərə qaldı. Ağız açdıq Allaha, bir yana çıxmaq üçün, Ümid nə bir ocağa, nə də bir pirə qaldı. Bizi ayrı saldılar öz doğma yuvamızdan, Ayrılığın, həsrətin dişində şirə qaldı. Cəmiyyət nə amansız, təbiət nə soyuqmuş, Şirin günlərimizdən acı xatirə qaldı!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.