Əsas məzmuna keç

Heca şeiri

Qalasıyam

Zəlimxan Yaqub

1
Borçalı oğullarının dilindən

Yağlı loxma saymasın heç kəs məni dünyada, Nə quşa yem olası, nə qurda qalasıyam! Gözlərimin nurudu doğulduğum bu torpaq, Nur məndə qalasıdı, mən nurda qalasıyam!

Ey anamın göz yaşı, ey atamın başdaşı, Ey mənim dağlarımın qəmdən çatılan qaşı, Dar ayaqda dayanıb sizin ilə yanaşı, Bu elə, bu obaya, bu yurda qalasıyam!

Onsuz mənim ömrümün yaşılı, alı yoxdur, Onsuz mənim baxtımın atı var, nalı yoxdur. Borçalıdan savayı ayrı Borçalı yoxdur, Dünya köç-köç olsa da, mən burda qalasıyam!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.