Əsas məzmuna keç

Qoşma

Qalardım

Zəlimxan Yaqub

1

Dağlar mənə gəl-gəl desə ürəkdən, Gəlib elə bu yerlərdə qalardım. Təbiətlə sevincimi, dərdimi, Bölüb elə bu yerlərdə qalardım.

Nəfəsimdə yaşadardım ətrini, Əzizlərdim çiçəklərin xətrini. Ömrün-günün qiymətini, qədrini Bilib elə bu yerlərdə qalardım.

Nə gözəldi bu dağların lalası, Mən getsəm də, könlüm burda qalası. Sevsə məni bir zalımın balası, Ölüb elə bu yerlərdə qalardım.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.