Əsas məzmuna keç

Gəraylı

Qalar

Zəlimxan Yaqub

1

Təbiət ağlar insansız, Oylaq yaman günə qalar. Çəkməsə bağban nazını, Budaq yaman günə qalar.

Yetən olmasa dadına, And içməsə xalq adına, Yanan tapılmaz oduna, Ocaq yaman günə qalar.

Əli çıxar zildən, pəsdən, Ayrı düşər şirin səsdən. İsinməsə bir nəfəsdən, Otaq yaman günə qalar.

Yoxsa qızların oyunu, Çalan kim olar toyunu. İçən olmasa suyunu, Bulaq yaman günə qalar.

Üzə gülməz bir əməli, Beş qəpiyə dəyməz ləli. Bəzəməsə insan əli, Torpaq yaman günə qalar.

1978, 11 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.