Əsas məzmuna keç

Qoşma

Qalar

Zəlimxan Yaqub

1

Qovuşmasaq, gül yanağın inciyər, Dodağıma həsrət çəkən xal qalar. Meylim, gözüm sənin kimi yardadı, Məni oda üzündəki xal qalar.

Atan atdı, barı atma sənsarı Yaram olsa, əllərinlə sən sarı. Cavan könlüm küskün olsa, sən sarı, Sən olmasan yenə onu xalq alar.

Tutduğunu çox da bilmə yar, asan, Ürəyimdə bir sağalmaz yarasan. Zəlimxanı sinəsindən yarasan, Ömrün boyu ürəyində xal qalar.

1972, 13 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.