Qafiyə
Bir canın içində min bir cahan var, Yerin ləngəriyəm, göyün səsiyəm. Bir yanda Yəsəvi, bir yanda Teymur, Ulu Səmərqəndəm, qədim Yəsiyəm. Qalib gələn də mən, məğlub olan da, Sevincin ziliyəm, dərdin pəsiyəm. Türküstan canımdı, Turan varlığım, Turanla Quranın qafiyəsiyəm!
Səmərqənd, 2009, iyul