Əsas məzmuna keç

Qoşma

Qadan alım

Aşıq Ələsgər

1

Səhər-səhər bağda gəzən nazənin, Dəstinlə qönçəni üz, qadan alım! Süsəndən, sünbüldən, lalə, nərgizdən, Siyah tellərinə düz, qadan alım!

Sallanıb-sallanıb özünü öymə, Elə süzgün baxıb qəlbimə dəymə, Yaralı bağrıma, gözəl, daş döymə, Qoyma sinəm üstə köz, qadan alım!

Göyərçinsən, eyvanıma qonasan, Ərz eliyəm, dərdi-dilim qanasan. Əyri telli, yaşılbaşsız sonasan, Gəl bizim göllərdə üz, qadan alım!

Durub hüsnün kitabına baxıram, Şirin canım atəşinə yaxıram, Şövqə gəlib şirin-şirin oxuram, Çatmır tərifinə söz, qadan alım!

Aşıq Ələsgərin qədrini bilsən, Ağladıb, çeşminin yaşını silsən. Əgər qədəm qoyub, bir bizə gəlsən, Yerin var göz üstə, gəz qadan alım!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.